Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı Anarın “Gürcü familiyası” hekayəsi əsasında səhnələşdirilən “O uzaq axşam...” tamaşasına ictimai baxış olub.
Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşid Mirizadə, Lalə Məmməd, Gülxar İmamhüseynova, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nuranə Mirzəliyeva, Sənubər İsrafilova, Nərmin Nəbiyeva ifa edirlər.
Qeyd edək ki, Anarın sözügedən hekayəsi yarım əsr öncə özünün möhtəşəm kino həyatını yaşayıb. Müəllifin ssenarisi üzrə rejissor Arif Babayevin ekranlaşdırdığı "Gün keçdi" filmi (1971) Azərbaycan kinosunun "qızıl fond"una daxildir.