Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri Polşada onlayn keçirilən “Digi-Form-Art” XXI Beynəlxalq qış müsabiqəsində uğurla iştirak ediblər.
Müxtəlif ölkələrdən olan ifaçıların qatıldığı müsabiqədə məktəbin istedadlı şagirdləri 10-12 yaş kateqoriyasında bir neçə nominasiya üzrə çıxış edərək layiqli yerlər tutublar.
Müsabiqədə solo nominasiyada məktəbin tar ixtisası üzrə şagirdləri Tunar Məmmədov I dərəcəli, Jasmin Əliyeva II dərəcəli laureat adına, piano ixtisası üzrə Ömər Hüseynzadə I dərəcəli laureat adına layiq görülüblər. Duet nominasiya üzrə isə Aylin Əlizadə və Ömər Hüseynzadə I dərəcəli laureat diplomu ilə təltif olunublar.