Avqustun 28-dən 30-dək İstanbulda “Türkiyə brendinin qlobal təqdimatı: Türk serialları üzrə beynəlxalq media proqramı” keçirilib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən təşkil olunan proqrama 18 ölkədən 37 media nümayəndəsi qatılıb.

Jurnalistlər sektor nümayəndələri ilə görüşərək, müsahibələr və xüsusi məzmunlar hazırlamaq, Türkiyə seriallarının istehsal prosesi, çəkiliş meydançaları və texniki infrastrukturu ilə tanış olmaq imkanı əldə ediblər.

Proqram çərçivəsində çəkiliş pavilyonları ilə yanaşı, İstanbul boğazına, Topqapı Sarayına, Ayasofya məscidinə, Balat və Fənər məhəllələrinə səfərlər təşkil edilib.

Mediaturun əsas məqsədi serialların Türkiyənin mədəni tanıtımına və qlobal brend dəyərinə verdiyi töhfəni beynəlxalq media vasitəsilə daha geniş auditoriyaya çatdırmaqdır.