İyulun 30-u Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günüdür (Throne Day – ərəbcə: Eid al-Arsh).
1999-cu ilin həmin günündə Mərakeşin hazırkı rəhbəri – Kral VI Məhəmməd taxta çıxıb.
Dost ölkənin milli bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Kral VI Məhəmmədə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş münasibətlərinə xüsusi əhəmiyyət veririk.
Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram."



















