BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnamə ilə hər il iyulun 30-u Dünya İnsan Alverinə qarşı Mübarizə Günü (World Day Against Trafficking in Persons) kimi qeyd olunur. Məqsəd insan alveri qurbanlarının vəziyyəti barədə ictimai məlumatlılığı artırmaq, onların hüquqlarını təşviq etmək və qorumaqdır. 

Milli Kitabxana bu günü diqqətə çatdırmaq və insаn аlvеrinin mahiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlər haqqında təbliğatın aparılması məqsədilə virtual sərgini istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Milli Məclisin komitələrinin birgə iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, insan alverinə qarşı mübarizə tədbirləri, bu sahədə Azərbaycan təcrübəsi, insan alveri qurbanlarının dövlət tərəfindən müdafiəsi və digər mövzularda kitablar, dövri mətbuat səhifələrində dərc olunan materiallar yer alıb.

Virtual sərgiyə bu linkdə baxmaq olar.

Qeyd edək ki, bu il BMT tərəfindən 30 iyul – Dünya İnsan Alverinə qarşı Mübarizə Günü üçün “Dələduzluğun tələsində” mövzusu seçilib.