İyulun 23-də Azərbaycanın görkəmli müğənnisi, Xalq artisti Flora Kərimovanın 85 yaşı tamam olub. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli sənətkarı evində ziyarət edib.

Xalq artistini yubileyi münasibətilə təbrik edən nazir ona xoş arzularını çatdırıb. Qeyd olunub ki, görkəmli bəstəkarların mahnıları müğənninin ifasında musiqisevərlərin rəğbətini qazanıb, bu gün də könülləri oxşayır.

Prezident İlham Əliyev tərəfindən mədəniyyətə və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərildiyini deyən Adil Kərimli Flora Kərimovanın sənətinin də yüksək qiymətləndirildiyini bildirib.

Xalq artisti Flora Kərimova müalicəsinə göstərdiyi diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.