İyulun 15-də Ağstafa Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsalın yubiley gecəsi keçirilib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Səbuhi Xasməmmədov, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayonun icra başçısı Seymur Orucov giriş sözündə Barat Vüsalı 75 illik yubileyi münasibətilə təbrik edib. Qeyd edib ki, şairin qayəsi Vətəndir, millətdir, torpaqdır. Onun "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülməsi yaradıcılığına verilən yüksək qiymətin nümunəsidir.
Digər çıxış edənlər şairin yaradıcılığından söz açıb, şeirlərini səsləndiriblər.
Gecədə mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirin yekununda çıxış edən Barat Vüsal yubiley gecəsinin keçirilməsinə və sənətinə verilən yüksək qiymətə görə tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirib.























