Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəbində “Məzun günü” keçirilib.
İyunun 18-də təşkil olunan tədbirdə Qazax-Tovuz RMİ-nin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.
Məktəbin direktoru Arif Əliyev çıxış edərək məzunları, valideynləri və qonaqları salamlayıb, məzunlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində məzunların hazırladıqları musiqi kompozisiyaları təqdim olunub. Şagirdlərin ifaları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.























