Qazax Dövlət Dram Teatrında Səməd Vurğunun 120 illik yubileyi münasibətilə şairin “Hürmüz və Əhrimən” adlı poeması əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olub.

Bu barədə teatrdan məlumat verilib.

Ceyhun Vəlizadənin quruluş verdiyi səhnə əsərində xeyir və şərin əbədi mübarizəsindən bəhs olunur. Quruluşçu rəssamı Samir Həsənov, rejissor Allahverdi Musayev, musiqi tərtibatçısı Ceyhun Vəlizadədir.

Rolları Ceyhun Vəlizadə, Vüsal Hüseynov, İlqar Hacaliyev, Aytac Cəfərova, Rüfət Əhmədov, Elvin Abbasov, Xaqan Qurbanov, Zəmanə Dərviş, Məmməd Hacalıyev, Kamil Məmmədov və Nəsimi Aşbazov canlandırıblar.

Tamaşaçılar arasında Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) təşkil etdiyi I Qazax Kitab Festivalına dəvət olunmuş naşirlər, yazarlar, rayon ictimaiyyətinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri olublar.