Tanınmış jurnalist, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət Mədətoğlu (İsmayılov) 2026-cı il avqustun 17-də, 58 yaşında vəfat edib.

Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Ədalət Mədət oğlu İsmayılov 1968-ci il fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

“Elm”, “İntibah”, “Kaspi”, “New Baku Post” və digər mətbuat qurumlarında çalışıb. 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi. Bədii yaradıcılıqla da məşğul olub, bir neçə kitabın müəllifidir.

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Ədalət İsmayılovun (Ədalət Mədətoğlunun) vəfatı ilə əlaqədar mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!