AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatlarının rəhbərləri, alimlər mayın 10-da, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dünyaşöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Fəxri xiyabanı ziyarət ediblər.
Elmi ictimaiyyətin nümayəndələri Ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramı ifadə ediblər.
Ümummilli liderin ömür-gün yoldaşı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.






















