Mayın 11-də Beynəlxalq Muğam Mərkəzində (BMM) "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunacaq.

BMM-dən bildirilib ki, layihənin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir.

İfaçılıq ənənələrinin yaşadılması və ötürülməsinə yönələn bu layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gəlir.

Konsert proqramında tanınmış pedaqoq və ifaçı Murtuza Əsədullayev, Əməkdar artist İsmayıl Həmidov, Vidadi Paşayev, Fariz Hüseynov, Aida Rəfiyeva, Hüseyn Quliyev, Çingiz Ağazadə, Aysun Sultanova, Cəlal Şahbəddinov və simli kvartet çıxış edəcək.

Biletləri şəhərdəki kassalardan əldə etmək olar.