Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti nəzdində fəaliyyət göstərən Türkoloji Araşdırmalar İnstitutunun direktoru dosent Halil Çetin ilə görüş keçirilib. 

Folklor İnstitutunun direktoru Hikmət Quliyev bu elmi müəssisənin fəaliyyəti, həyata keçirilən elmi-tədqiqat istiqamətləri, xüsusilə sosial-antropoloji folklorşünaslıq, rəqəmsal folklor və kollektiv mədəni yaddaş sahəsində aparılan işlər barədə ətraflı məlumat verib.

Türkoloji folklorşünaslığın aktual problemləri, ortaq elmi platformaların yaradılması və qarşılıqlı tədqiqat imkanları ətrafında fikir mübadiləsi aparılıb. Türk dünyası folklorunun müqayisəli tədqiqi, rəqəmsal mühitdə folklorun transformasiyası və bu sahədə birgə layihələrin hazırlanması məsələləri müzakirə olunub.

Görüşün sonunda Hikmət Quliyev Folklor İnstitutunda nəşr olunan bir sıra kitabları qonağa hədiyyə edib.