Azərbaycan teatr ictimaiyyətinə itki üz verib. Əməkdar artist, uzun illər Naxçıvan Dövlət Milli Dram Teatrında çalışmış Əli Şəmsəddin oğlu Əliyev aprelin 26-da, 70 yaşında vəfat edib.

Əli Əliyev 1983-cü ildən etibarən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına öz töhfəsini verib. O, teatr səhnəsində yaratdığı dolğun və yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Aktyor “Anamın kitabı”, “Dəli İbrahim”, “Məşədi İbad” kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb.

2007-ci ildə səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

Əli Əliyev yaradıcılığı, səhnə mədəniyyəti və sənətə bağlılığı ilə həmkarları və tamaşaçılar tərəfindən daim hörmətlə xatırlanacaq.

Allah rəhmət eləsin.