Əməkdar incəsənət xadimi, şair, dramaturq, nasir Yusif Həsənbəy mayın 14-də,  94 yaşında vəfat edib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyindən (AYB) məlumat verilib.

Yusif Həsənbəy (Həsənbəyov Yusif Qonaq oğlu) 1932-ci il dekabrın 26-da Quba rayonunda anadan olub. Quba Pedaqoji Texnikumu, Azərbaycan Pedaqoji İnstitutu (indiki ADPU) və Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Azərnəşr”də ədəbi redaktor, “Bakı” qəzetində ədəbi işçi, tərcüməçi işləyib. 1994-cü ildən AYB-nin Quba bölməsinin rəhbəri olub.

“Çay dənizə tələsir”, “Unutmaram o günləri”, “İnsan ömrü”, “Məhəbbətli dünyamız”, “İşığın istisi”, “Sualtı döyüşlər” və s. kitabların müəllifi olan Yusif Həsənbəyin “Ayı kürkü” və “Dağlarda işıq” əsərləri əsasında televiziya tamaşaları hazırlanıb. “Sehrli üzük”, “Yıxılanı qaldır” pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulub.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yusif Həsənbəyə "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.

2022-ci ildə Beynəlxalq Muğam Mərkəzində Yusif Həsənbəyin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Yusif Həsənbəy Quba şəhərində dəfn olunacaq.

Allah rəhmət eləsin.