Milli Kitabxana Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının tarixi əhəmiyyətini və ölkənin müstəqilliyinin möhkəmləndirilməsindəki xidmətlərini əks etdirmək məqsədilə “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgini istifadəçilərə təqdim edib.
Virtual sərgidə müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat yolu, ictimai-siyasi fəaliyyəti, zəngin siyasi irsi, xalqımızın qurtuluş və xilaskarlıq missiyası, Milli Qurtuluş məfkurəsi, eləcə də ölkənin tərəqqi və inkişaf yolundan bəhs edən dövri mətbuat materialları, Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, həmçinin fotoşəkillər nümayiş olunur.
Virtual sərgiyə bu linkdə baxmaq olar: https://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html



















