AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Gökhan Seyhanla görüşüb.
Görüş zamanı Hikmət Quliyev institutda türk xalqları folklorunun araşdırılması istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri, nəşr olunan kitablar və təşkil edilən konfranslar barədə ətraflı söz açıb.
Bakı Yunus Əmrə İnstitutu ilə Folklor İnstitutu arasında elmi-mədəni əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, xüsusilə türk xalqları folklorunun tədqiqi sahəsində simpozium və konfransların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Folklor İnstitutunun bəzi nəşrləri Bakı Yunus Əmrə İnstitutuna hədiyyə edilib.





















