Aprelin 16-da Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə görkəmli bəstəkar Qəmbər Hüseynlinin (1916–1961) Gəncə şəhərindəki abidəsi ziyarət edilib.

Bu barədə regional idarə məlumat yayıb.

Sənətkarın anadan olmasının 110 illiyi münasibətilə xatirəsi ehtiramla anılıb, abidəsi önünə gül dəstələri qoyulub.

Mərasimdə Gəncə-Daşkəsən RMİ-nin rəisi Nail Məmmədov, mədəniyyət işçiləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri və bəstəkarın ailə üzvləri iştirak ediblər.

Qeyd olunub ki, Qəmbər Hüseynlinin Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və zəngin yaradıcılıq irsi daim yaşadılır və gələcək nəsillərə ötürülür.