Aprelin 3-də Beynəlxalq Muğam Mərkəzində istedadlı vokal ifaçısı Rauf Məmmədzadənin ilk solo konserti keçirilib.
Konsert Azərbaycan vokal sənətinin dünyaca məşhur nümayəndəsi Müslüm Maqomayevin (1942–2008) əziz xatirəsinə həsr olunub.
Beynəlxalq və respublika miqyaslı müsabiqələrin laureatı olan gənc ifaçı dahi sənətkarın repertuarında unudulmaz əsərləri tamaşaçılara təqdim edib.
Rauf Məmmədzadə Müslüm Maqomayevin "Mavi əbədiyyət” və "Azərbaycan" mahnılarını müəllimi Xalq artisti Fidan Hacıyeva ilə birlikdə ifa edib.
Konsert proqramı sənətsevərlərə xoş təəssürat və zövq bəxş edib.






















