XX əsr Azərbaycan filologiya elminin inkişafında müstəsna xidmətləri olan dilçi alimi, türkoloqprofessor Hadi Mirzəzadənin (1908–1965) arxivini bir müddət əvvəl ailəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təhvil verib.

Muzeydən bildirilib ki, həmin eksponatların müəyyən hissəsi Hadi Mirzəzadəyə həsr edilmiş guşədə yerləşdirilib.

Burada görkəmli alimin şəxsi əşyaları, məktubları, müxtəlif əlyazmaları, ömrünün ayrı-ayrı dövrlərini əks etdirən fotoşəkillər toplanıb.

Ekspozisiyanın açılışı payızda olacaq.