"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası çərçivəsində insan kapitalının inkişafı və institusional potensialın gücləndirilməsi istiqamətində Mədəniyyət Nazirliyinin əməkdaşları üçün "Dövlət protokolu və beynəlxalq mədəni əməkdaşlıq" mövzusunda peşəkar təlim keçirilib.
Nazirlikdən təlim proqramında dövlət protokolunun əsasları, diplomatik etiket, beynəlxalq tədbirlərin təşkili, mədəni diplomatiya, UNESCO ilə əməkdaşlıq və beynəlxalq protokolun praktiki tətbiqi ilə bağlı mövzular iştirakçılara təqdim edilib.
Diplomat, ekspert Fikrət Paşayev tərəfindən aparılan təlimin məqsədi Mədəniyyət Nazirliyinin əməkdaşlarının dövlət protokolu və beynəlxalq əməkdaşlıq sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq tədbirlərin təşkilində peşəkar yanaşmanın gücləndirilməsi olub.






















