Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Ağdamda qəbul keçirəcək.
Aprelin 17-də Ağdam Muğam Mərkəzində keçiriləcək qəbulda Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edəcək.
Vətəndaşlar aprelin 13-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı və (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.



















