Xalqımızın mədəni dəyərlərini, zəngin adət-ənənələrini, folklor irsini özündə yaşadan Novruz bayramı Tovuzda da təntənə ilə qeyd edilib.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsindən bildirilib ki, martın 20-də  Tovuz şəhərindəki Heydər Əliyev meydanında bayrama həsr olunmuş ümumrayon tədbiri təşkil edilib.

Dədə Qorqud, Bahar qız, Novruz personajları Kosa və Keçəl faytonda şəhər gəzintisindən sonra meydana daxil olub və tədbir iştirakçılarını salamlayıblar. 

Meydanın mərkəzində tonqal qalanıb, milli oyunlar və Novruz adət-ənənələri nümayiş olunub.

Bayram şənliyi rayonun mədəniyyət və incəsənət kollektivlərinin təqdimatında rəngarəng çıxışlar, milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə davam edib.