Azərbaycan Dillər Universitetində (ADU) Novruz və Ramazan bayramlarına həsr olunan tədbir keçirilib.
ADU-dan bildirilib ki, tədbirdə xalqımızın hər il təntənə ilə qeyd etdiyi Novruz və Ramazan bayramları haqqında söhbət açılıb.
Rektor Kamal Abdulla kollektivi və tələbələri təbrik edib, universitetin nailiyyətlərindən danışıb: “Universitetimiz bu illər ərzində beynəlxalq və respublika səviyyəsində bir çox nailiyyətlər əldə edib. Bu uğurların səbəbkarı universitetimizin müəllimləri və tələbələridir”.
Tədbir çərçivəsində universitetin müxtəlif struktur bölmələri tərəfindən hazırlanan bayram süfrəsi və bayram atributlarının əks olunduğu stendlər nümayiş olunub.
Müğənni Elçin Cəfərovun ifasında mahnılar səslənib.
Sonda Novruz tonqalı alovlanıb. İştirakçılar tonqal ətraflnda rəqs ediblər.
























