Martın 13-də Azərbaycan Milli Kitabxanasında “Əməkdar incəsənət xadimi Zakir Bağırov – 110” adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgi görkəmli bəstəkar, pedaqoq, professor Zakir Bağırovun (1916-1996) anadan olmasının 110 illiyi münasibətilə təşkil olunub.
Sərgidə bəstəkarın opera, operetta və süitaları, kamera-instrumental əsərləri, mahnı, romans və digər bədii nümunələri, eləcə də həyatı və yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur.





















