Martın 6-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” təşkil olunub. Layihə çərçivəsində yazıçı Gülzar  İbrahimova ilə 88 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdlərinin görüşü keçirilib.

Gülzar  İbrahimova şagirdlərlə səmimi söhbət apararaq onlara müəllifi olduğu nağılları oxuyub, mütaliənin əhəmiyyətindən danışıb.

Canlı ünsiyyət zamanı uşaqlar öz fikirlərini bölüşüb, yazıçıya suallar veriblər.

Daha sonra şagirdlər kitabxananın fonduna daxil olan yeni nəşrlərlə tanış olublar.

Tədbirin sonunda sual-cavabda fəal iştirak edən uşaqlara “Sehrli dünya” jurnalının diplomu təqdim edilib.

Görüşün əsas məqsədi uşaqların mütaliəyə marağını artırmaq, onları kitabxana mühitinə daha yaxından cəlb etmək və yazıçı ilə oxucular arasında canlı ünsiyyət üçün şərait yaratmaqdır.