Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Gəncə Memorial Kompleksində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
Bu barədə regional idarə məlumat yayıb.
Tədbirdə RMİ-nin rəhbərliyi və əməkdaşları, tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə kompleksdə şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Sonra iştirakçılar Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olub, kompleksdə fəaliyyət göstərən muzeyə baxış keçiriblər.
Çıxış edənlər Xocalı soyqırımının unudulmayacağını və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Tədbir vətənpərvərlik ruhunda təqdim olunan ədəbi-bədii kompozisiyalarla yekunlaşıb.
***
Gəncə-Daşkəsən RMİ-nin tabeliyindəki Gəncə şəhər Heydər Əliyev Mərkəzində də şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı ilə birlikdə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir təşkil edilib.
Tədbirdə Gəncə şəhər 32 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
























