Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) Ağstafa rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Xocalı qan yaddaşım" adlı tədbir keçirilib.
Çıxışlarda xüsusi olaraq qeyd olunub ki, 2020-ci ildə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Ordumuz Xocalı şəhidlərinin qisasını da döyüş meydanında alıb. Bu gün azad Xocalıda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
***
Qazax-Tovuz RMİ-nin tabeliyindəki Ağstafa şəhər Hüseyn Arif adına uşaq musiqi məktəbində "Xocalı nişanəsi" başlıqlı tədbir keçirilib.
Tədbirdə Xocalı faciəsini əks etdirən film nümayiş etdirilib.
Məktəbin müəllim və şagirdlərinin iştirakı ilə hazırlanmış kompozisiya təqdim olunub.
***
Ağstafa rayon MKS-in Mərkəzi kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə “Qisasın alındı, Xocalı” başlığı altında ədəbi-bədii gecə təşkil edilib.
Kitabxananın əməkdaşları XX əsrin bu dəhşətli faciəsindən bəhs ediblər, bayatılar söyləyiblər.
“Xocalı nişanəsi” və “Qisasın alındı, Xocalı” adlı videoçarxlar nümayiş olunub.
***
Ağstafa Dövlət Rəsm Qalereyasında isə Ə.Hüseynov adına Ağstafa şəhər 1 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə "Xocalını unutma" adlı sərgi keçirilib.
Tədbirdə vurğulanıb ki, Xocalı yalnız bir şəhərin adı deyil, həm də xalqımızın ağrısının, kədərinin və mübarizə ruhunun simvoludur.
Tədbirin sonunda rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
























