Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Zirə qəsəbə Mədəniyyət Mərkəzinin “Empathy” teatr dərnəyinin üzvləri üçün təlim keçirilib.
Fevralın 22-də təşkil edilən təlim “Aktyor sənətində psixofiziki bütövlük və impulsun transformasiyası” mövzusuna həsr olunub.
MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusifin iştirakı ilə keçirilən təlim zamanı səhnədə psixofiziki bütövlüyün əldə edilməsi, daxili impulsun fiziki ifadəyə çevrilməsi və aktyor plastikasının formalaşdırılması ilə bağlı praktiki məşğələlər icra edilib.
Təlim barədə video bu linkdə:






















