Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qax rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri arasında "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan "Mən həmişə gəncəm 3" adlı bilik yarışı keçirilib.

RMİ-dən verilən məlumata görə, bilik yarışında Şəki, Zaqatala, Qax, Balakən və Qəbələ rayonlarında fəaliyyət göstərən mədəni-maarif müəssisəsilərinin əməkdaşlarından ibarət komandalar iştirak ediblər.

Bir neçə mərhələdə gerçəkləşən yarışda I yerə "Qəbələ" komandası, II yerə "Şəki" komandası, III yerə "Qax" komandası layiq görülüb.

Zaqatala və Balakən komandaları bərabər nəticə göstərərək IV yeri bölüşüblər.

"Lider mən" adlı fərdi yarış mərhələsində "Qəbələ" komandasının üzvü Nicat Baxışov qalib olub.

Sonda qaliblərə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən təşəkkürnamələr təqdim edilib.