Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yerlərdəki mədəniyyət müəssisələri silsilə tədbirlər keçirir.

Fevralın 18-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Qusar rayon Mədəniyyət Mərkəzində "Şəhərsalma və Memarlıq İli" ilə bağlı klub müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin sərgisi təşkil edilib.

Tədbirdə Quba-Xaçmaz RMİ-nin Qusar rayonu üzrə nümayəndəsi, Qusar rayon Mədəniyyət Mərkəzinin direktoru, MİHİ rayon komitəsinin sədri, Mədəniyyət mərkəzi və klub müəssisələrinin əməkdaşları iştirak ediblər.

Sərgidə dərnək üzvlərinin çəkdikləri rəsmlər, müxtəlif materiallardan hazırlanmış əl işləri və tətbiqi-sənət nümunələri maraq doğurub.

İstedadlı dərnək üzvlərinə MİHİ Qusar rayon komitəsinin sədri tərəfindən diplom və hədiyyələr təqdim olunub.

***

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində (Quba-Xaçmaz RMİ) isə fevralın 18-də “Gənclərdə müasir şəhərsalma və memarlıq dəyərlərinin təbliği” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa Xaçmaz Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman sektoru ilə birgə təşkil olunub.