Yanvarın 30-da Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində (Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi) Xalq yazıçısı Yusif Səmədoğlunun (1935–1998) 90 illiyi münasibətilə “Sözün yaddaşda qalan ömrü” adlı tədbir keçirilib.

Muzeyin direktoru Məhruzə Hüseynova, fond mühafizi Ülviyyə Məşədiyeva, muzeyin əməkdaşı, bərpaçı rəssam və şair Arzu Həsənova tədbirdə çıxış edərək Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatındakı yerindən ictimai fəaliyyətindən söz açıblar.

Qeyd edilib ki, yazıçının əsərlərində söz sadəcə ifadə vasitəsi deyil, insanın daxili ağrısını, cəmiyyətin mənəvi vəziyyətini əks etdirən canlı yaddaşdır.

Yusif Səmədoğlunun ədəbiyyatımızda düşünən oxucu formalaşdıran söz sənətkarlardan biri olduğu vurğulanıb.