Fevralın 12-də Milli Kitabxanada Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi, görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun (1911–1985) anadan olmasının 115 illiyi münasibətilə geniş kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, “Xalq artisti Bəhram Mansurov” adlı sərgidə mahir tarzən Bəhram Mansurovun qramplastinkalara köçürülmüş ifaları, Azərbaycan musiqi tarixindəki xidmətləri, sənətkarın yaradıcılıq yolu, incəsənət xadimlərinin xatirələri, bənzərsiz sənət dünyası, qoyduğu irs haqqında ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.



















