Tarixdəki olaylar
12 fevral 1920 – Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaranıb. Partiyanın təsis qurultayında (11-12 fevral) qəbul olunan proqramda Xalq Cümhuriyyəti hökumətini yıxmaq üçün silahlı üsyan xətti irəli sürülüb. Bolşevik Rusiyasının siyasətini həyata keçirən AK(b)P-nin rəhbəri isə Azərbaycan xalqının qatı düşməni, erməni millətçisi Anastas Mikoyan idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
12 fevral 1865 – Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865–1940) anadan olub.
12 fevral 1881 – Məşhur balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881–1931) anadan olub.
12 fevral 1911 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 – 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.
12 fevral 1912 – Memar, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu Qasımzadə (1912 – 12.3.1969) anadan olub.
12 fevral 1921 – Məşhur aktyor Əbülhəsən Anaplı (Məmmədov; 1894–1921) vəfat edib. Hacıbəyli qardaşlarının teatr truppasının aparıcı artistlərindən olub.
12 fevral 1923 – Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923 – 6.11.1974) Naxçıvan MR-nin Babək rayonunun Şəkərabad kəndində doğulub. “Göz həkimi”, “Ana ürəyi” və s. pyeslərin müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.
12 fevral 1925 – Filosof, Əməkdar elm xadimi, professor Adil Yusif oğlu Nəcəfov (1925 – 1989) anadan olub.
12 fevral 1933 – Əməkdar rəssam, heykəltaraş Elmira Mehralı qızı Hüseynova (1933 – 23.1.1995) anadan olub. Həsən bəy Zərdabi (Bakı), Cəfər Cabbarlı (Sumqayıt) və başqa görkəmli şəxslərin abidələrinin müəllifidir.
12 fevral 1933 – Əməkdar artist, xanəndə Mais Qurban oğlu Salmanov (1933 – 25.7.2008) Şəmkir rayonunun Morul kəndində doğulub. Opera və Balet Teatrının solisti olub.
12 fevral 2024 – Azərbaycan uşaq ədəbiyyatının nümayəndəsi, şair-dramaturq Simax Şeyda (Simax Barux oğlu Yuşvayev; 20.6.1936 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan






















