Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Uşaq incəsənət məktəbinin şagirdləri Bakıda Qazaxıstanın “Viva Astana” Beynəlxalq çoxjanrlı müsabiqə-festivalının (“Astana stars international”) mərhələsi olaraq təşkil edilən “Azerbaijans stars 2026” incəsənət müsabiqəsində uğurla çıxış ediblər.

Bu cür yarışmalar “Viva Astana” müsabiqə-festivalının təşkilatçıları tərəfindən müxtəlif ölkələrdə keçirilir.

Regional idarədən verilən məlumata görə, yarışmanın keçirilməsində məqsəd uşaqların incəsənət sahəsində bacarıqlarının artırılması, müxtəlif şəhərlərdən olan uşaqlar arasında yaradıcı, mədəni və dostluq əlaqələrinin gücləndirilməsi, istedadlı uşaqlara yaradıcılıq potensialını reallaşdırmaqda dəstək olmaqdır.

Müsabiqə çərçivəsində fortepiano və rəssamlıq ixtisası üzrə I sinif şagirdi Əlibəyli Mələknur l yerə,  fortepiano ixtisası üzrə IV sinif şagirdi Yusifzadə Nəhayət, VI sinif şagirdi Həmidzadə Cəmil I yerə, fortepiano ixtisası üzrə IV sinif şagirdi Heydərova Mələk II yerə, rəssamlıq ixtisası üzrə II sinif şagirdi Teymurlu Xəzrin və III sinif şagirdi Rəsullu Elçin I yerə layiq görülüb.

Həmçinin şagirdlərin müəllimləri Aynur Qocayeva, Kübra Yusifova, Mətanət İbrahimova və Aynur Məsimova müsabiqənin təşəkkürnaməsi və medalı ilə təltif olunublar.

Şagirdlər Qazaxıstan, Gürcüstan və Türkiyədə keçiriləcək müsabiqədə iştirak üçün dəvət ediliblər.

 

Nurəddin