Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin bu il 90 yaşı tamam olur. Yubileylə bağlı silsilə konsert proqramları tərtib edilib. Növbəti konsert fevralın 18-də olacaq.
“İki könül görüşəndə” adlı konsert kino musiqisinə həsr olunub. Hər bir əsər öz unikallığı, ritmi ilə tamaşaçılara təqdim ediləcək. Proqramda həm yerli, həm də xarici filmlərdən məşhur musiqi əsərləri səsləndiriləcək.
Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifova bildirib ki, tamaşaçılar “Möcüzələr adası”, “Əhməd haradadır?”, “Alma almaya bənzər”, “Bəxtiyar”, “Torpaq, dəniz, od, səma”, “Bəyin oğurlanması” və digər filmlərdən musiqi əsərlərini canlı ifada dinləyə biləcəklər. Xarici filmlərdən isə “Romeo və Cülyetta”, “Pesenka o poqode” və digər ekran əsərlərindən musiqi nümunələri səslənəcək.
Konsertin aparıcısı Əməkdar artist Dilarə Əliyeva olacaq.
Biletləri şəhərin kassalarından əldə etmək olar.






















