Prezident İlham Əliyev yanvarın 30-da 2026-cı il “Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamla, Gənclər üçün Prezident Mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident Mükafatı verilib:

Ağadadaşov Sərxan Əbülfət oğlu

Ağayev Şahmar Zöhrab oğlu

Həsənova Elmina Qəhrəman qızı

Həsənova Leyla Elçin qızı

İsmayıllı Aynur Telman qızı

İsmayılov Mahmud Azər oğlu

Leysanova Hacıyeva Gülbağda Seyfəl qızı

Məmmədova Lamiyə Famil qızı

Novruzov Səməd Əbülqasım oğlu

Tağızadə Mahir Tahir oğlu.

Qeyd edək ki, Gənclər üçün Prezident Mükafatı Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2013-cü il tarixli Fərmanı ilə təsis edilib.

Mükafat 10 000 (on min) manat məbləğində pul mükafatından, diplomdan, döş nişanından və həmin döş nişanının vəsiqəsindən ibarətdir.

2026-cı ilin mükafatçıları arasında mədəniyyət sahəsinin istedadlı gəncləri də var.

Elmina Həsənova vokalçı (mezzo-soprano), opera müğənnisidir. 2024-cü ildə Hindistanın Mumbay şəhərində beynəlxalq Operalia müsabiqəsində ikinci yerə layiq görülüb.

Mahir Tağızadə də vokal ifaçısı (bariton), Azərbaycanın gənc opera müğənniləri nəslinin ən tanınmış nümayəndələrindən biridir.

Səməd Novruzov Bakı Musiqi Akademiyasını vokal ixtisası üzrə bitirib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimçi işləyir. 2-ci qrup görmə məhdudiyyətlidir.