Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Qayıtmayan igidim, Zəfərimin İlqarı” adlı yeni kitabı nəşr edilib.

Kitab 44 günlük Vətən müharibəsinin şəhidi İlqar Vüqar oğlu Burcəliyevin (2001–2020) əziz xatirəsinə həsr olunub.

İlqar Burcəliyev 27 sentyabr 2020-ci ildə Ağdərə rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Kitabda İlqar Burcəliyevin qısa və mənalı həyat yolu işıqlandırılıb, onunla bağlı döyüş yoldaşlarının, dostlarının və ailə üzvlərinin xatirələri toplanılıb. Eləcə də yeni nəşrdə Ermənistanın  Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları və ölkəmizə qarşı hərbi təcavüzündən geniş şəkildə bəhs  edilir.

Kitab “Kəpəz” peşəkar futbol klubunun (Gəncə) maliyyə dəstəyi ilə “Star Çap evi” mətbəəsində nəfis tərtibatda işıq üzü görüb. Xatırladaq ki, İlqar Burcəliyev 2016-cı ildə “Kəpəz” komandasında çıxış edib.

Kitabın redaktorları Sailə Məhərrəmqızı, Vaqif Əmiraslan və Fuad Cavadzadədir.