Yanvarın 20-də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir rayonu üzrə mədəniyyət müəssisələri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəmkir rayon komitəsinin birgə təşkilatçılığı ilə Ümumxalq Hüzn Günü ilə əlaqədar kitab sərgisi və film nümayişi təşkil olunub.
Öncə Şəmkir şəhərində 20 Yanvar abidəsi önünə gül dəstələri düzülüb, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman oğulların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra Əhməd Cavad adına Şəmkir rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.
Şəhidlərin xatirəsinə ithaf edilən “20 Yanvar. Danışan talelər” adlı sənədli film nümayiş etdirilib.






















