Tarixdəki olaylar
23 yanvar 1913 – Osmanlı İmperatorluğunda saray çevrilişi baş verib. Ənvər bəy və Tələt bəyin rəhbərlik etdiyi “İttihat və Tərəqqi” qrupunun həyata keçirdiyi çevriliş nəticəsində Baş nazir (Sədrəzəm) Kamil paşa istefaya məcbur edilib, hərbi nazir Nazim paşa öldürülüb. Hökumətin başına keçən Mahmud Şövkət paşa da 11 iyun 1913-cü ildə sui-qəsd nəticəsində öldürüldü.
23 yanvar 1945 – Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar verilib. SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialı (1936-cı ildə yaradılmışdı) Azərbaycan Elmlər Akademiyasına çevrilib. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1945-ci il 27 mart tarixli qərarı ilə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirildi, nizamnaməsi təsdiq olundu.
23 yanvar 1976 – Parisdə ABŞ-Vyetnam müharibəsinin başa çatmasına dair saziş imzalanıb. Sazişə əsasən, ABŞ qoşunları Şimali Vyetnamdan çıxarılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
23 yanvar 1783 – Fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Stendal (əsl adı Marie-Henri Beyle; 1783 – 23.3.1842) anadan olub. “Qara və qırmızı”, “Parm sakini” və s. romanların müəllifidir.
23 yanvar 1878 – Əməkdar artist, teatr xadimi, rejissor Yunis Nuri (Yunis Hacı Süleyman oğlu Süleymanov; 1878 – 5.1.1950) İrəvanda doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcılarından biri olub.
23 yanvar 1927 – Xalq artisti, tanınmış rəqqas Böyükağa (Mirməmməd) Mircəfər oğlu Məmmədov (1927 – 17.1.2017) anadan olub. Filarmoniyanın Mahnı və Rəqs Ansamblının solisti olub. “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.
23 yanvar 1929 – Türk teatr və kino aktyoru, rejissor, şair Mehmet İhsan Yüce (1929 – 15.5.1991) anadan olub.
23 yanvar 1930 – Sent-Lusiya (Karib dənizində ada-dövlət) şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992) Derek Elton Volkot (Derek Alton Walcott; 1930 – 17.3.2017) anadan olub. 70-ci illərdə ABŞ-yə köçüb.
23 yanvar 1935 – Şair, dramaturq Cahangir Atakişi oğlu Məmmədov (1935–2008) anadan olub. “Həyətim mənim, həyatım mənim”, “Məsmə xala dayımdır”, “www. Fərzəli-kef.com” pyeslərinin müəllifdir.
23 yanvar 1941 – Əməkdar incəsənət xadimi Elşad Heybət oğlu Quliyev (1941 – 27.5.2008) Cəlilabad şəhərində anadan olub. 1983-1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib. Sənədli filmlərin ssenari müəllifidir.
23 yanvar 1946 – Əməkdar incəsənət xadimi, bəstəkar Həsənağa Əfrasiyab oğlu Adıgözəlzadə (1946 – 29.4.2018) anadan olub.
23 yanvar 1949 – Əməkdar artist, tarzən Həmid Şamil oğlu Vəkilov (1949 – 16.11.2020) Bakıda doğulub. Azərbaycan Milli Konservatoriyasının professoru olub.
23 yanvar 1989 – İspan sürrealist rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech; 11.5.1904 – 1989) vəfat edib. Sürrealizimin banilərindən biridir.
Hazırladı: Vüqar Orxan
























