Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Siyəzəndəki heykəli 1 saylı tam orta məktəbin həyətindən Siyəzən rayon MKS-in Mərkəzi Kitabxanasının (Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi) qarşısındakı meydana (Heydər Əliyev seyrəngahı) köçürüləcək.
Bu barədə qərar rayon ziyalılarının və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul olunub.
Müvafiq dövlət qurumlarının razılıqları əsasında heykəlin yeri şəhərin mərkəzinə dəyişdirilir.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu addım Cəfər Cabbarlı irsinin daha geniş ictimaiyyətə təqdim olunmasına və şəhər mühitinin estetik baxımdan zənginləşdirilməsinə xidmət edir.
Hazırda heykəlin köçürülməsi ilə bağlı quraşdırma və abadlaşdırma işləri aparılır.






















