Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın fəaliyyət planının müvafiq bəndlərinə uyğun olaraq, təhsil ocaqlarında, o cümlədən uşaq musiqi və incəsənət məktəblərində "Uşaqların zərərli vərdişlərdən qorunması" mövzusunda maarifləndirici tədbirlər təşkil edilir.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi üzrə növbəti belə tədbir yanvarın 6-da Gədəbəy rayonu Slavyanka kənd Musiqi məktəbində keçirilib.
Tədbirdə şagirdlərin valideynləri də iştirak ediblər.
Şagirdlərə internetdən təhlükəsiz istifadə qaydaları, sosial şəbəkələrdə ehtiyatlı davranmağın vacibliyi haqqında məlumat verilib. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyət növləri də diqqətə çatdırılıb.
Uşaqlarla sual-cavab və müzakirələr aparılıb. Onlar öz fikirlərini bölüşüblər.
Tədbirin məqsədi uşaqlarda düzgün informasiya mədəniyyəti formalaşdırmaqdır.





















