Qusar şəhər Uşaq incəsənət məktəbində (Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi) Xalq artisti, görkəmli bəstəkar Elza İbrahimovanın (1938–2012) anadan olmasının 88-ci ildönümü münasibətilə konsert keçirilib.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov, mədəniyyət işçiləri, digər müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Nəğmə dolu ürəyəm, ey Vətən" adlı konsert proqramı unudulmaz bəstəkarın zəngin yaradıcılığına həsr edilib.

Rayonun incəsənət nümayəndələrinin ifasında Elza İbrahimovanın dillər əzbəri olan “Ey Vətən”, “Gedək üzü küləyə”, “Gecələr bulaq başı”, “Anamın sevimli nəğməsi”, “Sən yadıma düşəndə”, “Qurban verərdim”, “Təki sən səslə məni”, “Gəl barışaq” və digər mahnıları alqışlarla qarşılanıb.