Mingəçevir Dövlət Dram Teatrı Tərtər rayonunda qastrolda olub.

Yaradıcı heyət Tərtər Mədəniyyət Mərkəzində Yeni il bayramı münasibətilə “Dəcəllər” şou proqramını təqdim edib.

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində şəhid və qazi ailələrinin övladları iştirak ediblər.

İnteraktiv formatda təqdim olunan səhnə şousu uşaqlara maraqlı və əyləncəli anlar yaşadıb.

Proqramda vətənpərvərlik, dostluq, mərhəmət və birlik kimi dəyərlər aşılanıb, uşaqların emosional dünyasına müsbət təsir göstərən elementlərə xüsusi yer verilib.