Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda “İlin ən yaxşı əsəri”nin seçilməsi ilə bağlı yekun sərgi açılıb.
Sərgidə Rəssamlar İttifaqı üzvlərinin 50-dən çox əl işi – rəngkarlıq, qrafika, heykəltaraşlıq və dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilib.
ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov həmkarlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, sərgi haqda ətraflı məlumat verib.
Sərginin təşkilat komitəsi tərəfindən seçilmiş rəssam Nizami Atayevin “Toy” adlı rəngkarlıq əsəri “İlin ən yaxşı əsəri” elan olunub.
Müəllifə ARİ-nin sertifikatı və mükafatı təqdim edilib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgi yanvarın 6-dək davam edəcək.























