Tarixdəki olaylar

 

28 dekabr Beynəlxalq Kino Günüdür. 28 dekabr 1895-ci ildə Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk qısametrajlı filmin (“Fəhlələrin fabrikdən çıxması”) seansını təşkil ediblər.

 

28 dekabr 1918 – Bakıda ingilis hərbi kontingentinin komandanı general V.Tomson Xalq Cümhuriyyəti Hökumətini (F.Xoyskinin rəhbərlik etdiyi kabinet) Azərbaycan ərazisində yeganə qanuni hökumət kimi tanıdığını bəyan edib. Bu bəyanatdan sonra Cümhuriyyət Parlamentini boykot edən rus və erməni deputatlar parlamentdə iştirak etmək qərarına gəldilər.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

28 dekabr 1903 – Rus kinorejissoru Mixail Konstantinoviç Kalatozov (1903–1973) anadan olub. “Durnalar uçur” filmi Kann kinofestivalının qalibi (1957) olub.

 

28 dekabr 1918 – Şair, tərcüməçi İbrahim Kəbirli (İbrahim İsmayıl oğlu İbrahimov; 1918–1995) Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Azərbaycan dilindən rus dilinə və əksinə ədəbi tərcümələr edib.

 

28 dekabr 1920 – Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, akademik Firudin Qasım oğlu Köçərli (1920 – 3.6.2005) Gədəbəy rayonunun İsalı kəndində doğulub. Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1967-1985) işləyib.

 

28 dekabr 1927 – Xalq artisti, bəstəkar, pedaqoq Nəriman Həbib oğlu Məmmədov (1927 – 6.4.2015) Naxçıvan şəhərində doğulub. Əsərləri: “Şeyx Sənan” baleti, “Hüseyn Cavid” simfoniyası və s.

 

28 dekabr 1937 – Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937 – 4.1.2017) Ordubad rayonunun Anabad kəndində doğulub.

 

28 dekabr 1941 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 – 30.8.2000) Ağdam rayonunun Çəmənli kəndində doğulub. “Anama layla”, “Sevgi borc verilməz”, “Haqqa pəncərə” və s. kitabların müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991–2000) olub.

 

28 dekabr 1968 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 – 1968) vəfat edib. Akademik  Dram Teatrında çalışıb, filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

Hazırladı: Vüqar Orxan