Dekabrın 23-də Muzey Mərkəzinin akt zalında Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə media əməkdaşları üçün “Milli motivlər” adlı ustad dərsi təşkil edilib.

Peşəkar rəssam Məhərrəm Əli iştirakçılara milli ornamentlərin, ənənəvi rəng həlləri və Azərbaycan təsviri sənətinə xas motivlər barədə ətraflı məlumat veriib, praktiki nümunələr nümayiş etdirib.

Ustad dərsi zamanı media nümayəndələri rəsmlər çəkərək yaradıcılıq prosesinə cəlb olunub, onlara fərdi yanaşma əsasında məsləhətlər verilib və rənglərlə öz ideyalarını ifadə etmək üçün motivasiya yaradılıb.