Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Beyləqan rayon Mədəniyyət Mərkəzində “Qızılı səslər” adlı konsert proqramı keçirilib.

Regional idarənin dəstəyi ilə reallaşan konsert proqramında tanınmış muğam ifaçıları və müsabiqə qalibləri öz zəngin repertuarları ilə milli musiqi irsimizin gözəlliyini nümayiş etdiriblər.

İfa olunan muğam və təsniflər, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Musiqi gecəsi ifaçıların “Qarabağ şikəstəsi”ni birlikdə səsləndirməsi ilə yekunlaşıb.