10 dekabr dünyada İnsan Hüquqları Günü (Human Rights Day) kimi qeyd olunur. 1948-ci il dekabrın 10-da BMT-nin Baş Assambleyasında “İnsan hüquqları haqqında Bəyannamə” qəbul olunub. Bu, insan hüquq və azadlıqları sahəsində beynəlxalq səviyyəli ilk fundamental sənəd idi.

Milli Kitabxana əlamətdar gün münasibətilə “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, sərgilərdə beynəlxalq insan hüquqları haqqında, Heydər Əliyev və Azərbaycanda insan hüquqları, Azərbaycanın ən böyük insan haqları layihəsi – Qərbi azərbaycanlıların qayıdışı, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyəti, insan hüquqlarının praktik vəziyyəti, erməni riyakarlığı və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Insan_Huquqlari_gunu/index.htm linkindən istifadə edə bilərlər.