Noyabrın 22-də görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 yaşı tamam olur. Milli Kitabxanada bu münasibətlə “Əməkdar incəsənət xadimi Cavanşir Quliyev – 75” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə bəstəkarın əsərləri, həyat və yaradıcılığı haqqında ədəbiyyat, əsərlərinin əsasında aparılmış elmi tədqiqatlar və s. dövri mətbuat materialları nümayiş olunur.

Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. O, Azərbaycanın müstəqilliyini, azadlıq və hərbi ruhunu ifadə edən sözlərə zövqlü musiqilər bəstələyib.

Bəstəkar iki operettanın, dörd simfoniyanın, yüzlərlə mahnının, teatr və televiziya tamaşalarına musiqinin, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir. 30-dan çox bədii və sənədli filmə musiqi yazıb.